
Yeni mexanizmdə daşıyıcılara buraxılış vəsiqəsinin, onun istifadəsində olan nəqliyyat vasitələrinə isə buraxılış kartının verilməsi təklif olunur.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklər sərnişin və yük daşımaları sahəsində icazənin təkmilləşdirilməsinə xidmət edir.
“İcazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir, icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilir. Yeni mexanizmdə icazə olmadan fəaliyyət göstərmək qadağan edilir, taksilərin və avtobusların daxili və xarici tərtibatının uyğunluğuna nəzarət mexanizmi yaradılır. “Fərqlənmə nişanı” yalnız fiskal alət rolunu yetirəcək”,- deyə komitə sədri bildirib.
Gununsesi.info