ABŞ Milli Basketbol Assosiasiyasının əfsanəvi basketbolçusu Kobe Brayant ölümündən sonra “Emmi” mükafatı laureatı olub.
Gununsesi.org bildirir ki, Gazeta.ru-nun məlumatına əsasən, mərhum basketbolçu bu mükafata Los-Ancelesin inkişafında xidmətlərinə görə layiq bilinib.
Mükafatı idmançının ailəsi adından bəstəkar, “Oskar” mükafatının beşqat laureatı və Kobe Brayantın dostu Con Uilyams götürüb.
Xatırladaq ki, Kobe Brayant yanvarın 26-da Kaliforniyada helikopter qəzasında həlak olub
Gununsesi.org
COMMENTS