Kiyevdən SENSASİON İvanişvili açıqlaması

“İvanişvilinin Rusiya ilə əməkdaşlığına dair əlimizdə sübutlar var”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbər müşaviri Mixaylo Podolyak “Formula”nın efirində danışıb.

“Təbii ki, Bidzina İvanişvilinin Rusiya ilə əməkdaşlıq etdiyinə dair bəzi sübutlar var. O, işgüzar ünsiyyətdə, xammal sahəsində, qaz sənayesində maraqlıdır… Təbii ki o, sanksiya tətbiq edəcəyimiz şəxslərin siyahısındadır. Tərəfdaşlarımız da bu fikirdədir. Hesab edirik ki, Rusiya ilə xammal istiqamətində fəal işləyən bütün iş adamları sanksiyalar siyahısında olmalıdır. Cənab İvanişvilini narahat edən məsələ tərəfdaşlarımız və bizim üçün gün kimi aydındır. Amma bu, Gürcüstan dövlətinin seçimidir”,- deyə Mixaylo Podolyak qeyd edib.

Gununsesi.info