Akar NATO-nun baş katibi ilə görüşdü

NATO-nun müdafiə nazirləri səviyyəsindəki iclasına qatılmaq üçün Brüsseldə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar alyansın mənzil qərargahında Baş katib Yens Stoltenberqlə görüşüb.

Gununsesi.info xəbər verir ki, regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu görüşdə Hulusi Akar Türkiyənin bu sahələrlə bağlı fikirlərini ifadə edib.

Nazir Hulusi Akar Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da NATO-da üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib.

Yens Stoltenberqin Türkiyənin NATO-da mühüm müttəfiq olduğunu vurğuladığı, taxıl dəhlizində, qlobal ərzaq böhranının həllində və əsir mübadiləsində fəal rol oynadığı üçün Türkiyəyə təşəkkür etdiyi məlum olub.

Qeyd edək ki, Hulusi Akar Ukrayna Müdafiə Təmas Qrupunun iclasına da qatılıb. İclasda çıxış edən Hulusi Akar Türkiynin Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə olunması üçün göstərdiyi səylərdən bəhs edib və diplomatiyanın əhəmiyyətinə diqqət çəkib.

ABŞ müdafiə naziri Lloyd Ostin də Türkiyənin verdiyi töhfələrə görə Hulusi Akara təşəkkür edib.

Daha sonra Akar İsveçin müdafiə naziri Peter Hultqvist və Ukraynanın müdafiə naziri Oleksi Reznikovla görüşüb.

Gununsesi.info