“Stoltenberq NATO-nun müharibəyə girdiyini öz dili ilə təsdiqlədi” -Peskov

“NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynada qələbəsinin NATO üçün məğlubiyyət olacağını deyib və alyansın Ukraynanın tərəfində vuruşduğunu təsdiqləyib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Moskva bununla bağlı hər hansı tədbir görəcəkmi” sualına Peskov belə cavab verib: “Rusiya Federasiyası fevralın 24-dən bunu edir”.

Xatırladaq ki, oktyabrın 11-də Stoltenberq demişdi ki, Rusiyanın qələbəsi Ukrayna və alyans üçün böyük məğlubiyyət olacaq, çünki bu, dünyanı daha təhlükəli, NATO ölkələrini isə Rusiyanın təcavüzünə daha həssas edəcək. O, həmçinin alyansın Ukraynaya dəstəyini gücləndirəcəyini və davam etdirəcəyini vurğulayaraq, NATO-nun Ukraynanın yanında olduğunu və nə qədər lazımdırsa, onun yanında olacağını bildirib.

Stoltenberq bildirib ki, NATO Ukrayna münaqişəsində iştirak etmir, lakin alyansın Kiyevə dəstəyi mühüm rol oynayır.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, yuxarıdakı sözlərlə Stoltenberq NATO-nun artıq bu müharibəyə girdiyini təsdiqləyib.

“Dürüst bir norveçli oğlan nəhayət bunu etiraf etdi” – Medvedev yazıb.

Gununsesi.info