Kiyev üçün təhlükə aradan qaldırıldı

  • By admin
  • 18 Aprel 2022 21:47

Ukraynanın paytaxtı Kiyev üçün təhlükə aradan qaldırılıb.

Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

“Biz Ukraynanın paytaxtı – Kiyev şəhəri üçün birbaşa təhlükəni aradan qaldıra bildik. Bununla belə, raket və bomba hücumları təhlükəsi bütün ölkə üçün qalır”, – Zalujnı deyib.

Gununsesi.info