
Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağrılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
“Qraparak” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata əsasən, R.Sadoyanın yerinə 2015-2021-ci illərdə Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyan təyin olunacaq.
Nəşrdə A.Smbatyanın aqremanının Gürcüstana artıq göndərildiyi bildirilib.
Qeyd edək ki, R.Sadoyan 2017-ci ilin oktyabrından Ermənistanın Gürcüstandakı səfiri vəzifəsində çalışır.
Gununsesi.info