Ərdoğan baş nazirə edilən sui-qəsdi qınadı

Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğan silahlı hücum nәticәsindә dünyasını dәyişәn Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ilә bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Türkiyə prezidenti Yaponiyadakı teraktı qınayıb:

“Yaponiyanın keçmiş baş naziri, əziz dostum Şinzo Abenin silahlı hücum nəticəsində həlak olması məni dərindən kədərləndirdi. Bu hücumu qınayıram. Dostum Abenin ailəsinə, yaxınlarına, bütün Yaponiya xalqına və hökumətinə başsağlığı verirəm’’,-deyә Türkiyә Prezidenti paylaşımında bildirib.

Gununsesi.info