
Gürcüstanın Zuqdidi bələdiyyəsinin Kortsxeli kəndində kişi arvadını çəkiclə döyərək öldürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Başından bir neçə zərbə alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
51 yaşlı kişi təqsirləndirilən şəxs qismində saxlanılıb.
Ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı istintaq başlayıb. Bu cinayət 16 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bildirilir ki, ailə zorakılığı Gürcüstanda ən çox yayılmış cinayətlər sırasındadır.
Qeyd edək ki, may ayında xüsusi amansızlıqla törədilmiş bir neçə qətl hadisəsi baş verib.
Gununsesi.info