
CHP sədri Kamal Kılıçdaroğlu borcunu ödəməzsə, evinə verilən elektrik enerjisi kəsilməlidir.
Gununsesi.info xəbər verirk ki, bu sözləri MHP lideri Dövlət Baxçalı Tvitter səhifəsində yazıb.
“Gün gəldiyində sakit şəkildə ödəyəcəyini, əks halda millətin bunu ödətdirəcəyini yaxşı bilir və inanır. Yenə də qaranlıqda olmasına könlüm razı olmaz. Vicdanı qaranlıqda olsa da, evinin qaranlığa qərq olmasına təəssüflənərəm”, – deyə MHP lideri bildirib.
Qeyd edək ki, K.Kılıçdaroğlu elektrik enerjisinin qiymətinin bahalaşmasına etiraz olaraq elektrik borcunu ödəməyəcəyini açıqlamışdı.
Gununsesi.info