
Rusiya Prezidenti Vladimir Putinlə bu ölkədə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında danışıqlar başlayıb.
Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, görüş Kremldə keçirilir.
“Qazaxıstan yanvar ayında beynəlxalq dəstələrin qurbanı olub. Ölkə hakimiyyətin səyləri nəticəsində ayaqda möhkəm dayanıb”, – deyə Putin görüşdə bildirib.
Tokayev isə öz növbəsində, iğtişaşlar zamanı çox sayda qurbanın olmasından narahatlıq duyduğunu söyləyib və bütün günahkarların cəzalandırılacağına dair söz verib.
Gununsesi.info