
“Moskva Ukraynadakı diplomatik nümayəndəliklərinin əsas olmayan əməkdaşlarına ölkəni tərk etməyi tövsiyə edə bilər”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Elizabet Trass ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz onların (anqlo-sakson həmkarların) fəaliyyətlərinə baxdıq və ola bilsin ki, biz də yəqin ki, diplomatik nümayəndəliklərimizin əsas olmayan əməkdaşlarına bir müddətlik evlərinə qayıtmağı tövsiyə edəcəyik”, – deyə Lavrov söyləyib.
Gununsesi.info