Keçmiş səfirdən Azərbaycana təyin olunan yeni səfirə məişət tövsiyəsi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəmizdə onu əvəz edəcək yeni təyin olunan səfir Ferqus Aulda məsləhətlər verib.

Gununsesi.info xəbər verir ki, Twitter səhifəsində video paylaşan Şarp xələfinə Azərbaycanın milli mətbəxinin təamlarını dadmağı tövsiyə edib:

“Mənim yaxın zamanda Azərbaycana gələcək Britaniyanın yeni səfiri Fergus Aulda bir neçə məsləhətim var. Fergus, mütləq bütün ləzətli yeməklərin dadına bax! Maraqlıdır, sən ən çox nəyi bəyənəcəksən?”.

Gununsesi.info