Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq.
Gununsesi.org APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.
Qanun layihəsinin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.
COMMENTS