İtaliyada koronavirla əlaqədar tətbiq edilən sərt karantin qaydalarını pozan yaşlı qadın cərimə edilib.
Gununsesi.org Repubblica.it-ə istinadən xəbər verir ki, yaşlı qadın qoyulan qadağanı 11 dəfə pozmağa macal tapıb.
Hadisə İtaliyanın şimal-şərq bölgəsində yerləşən Qrado şəhərində baş verib.
Polislər yaşlı qadını 280 avro (515 manat) məbləğində cərimələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq ediblər ki, yazılan cərimə 30 gün ərzində ödənilməzsə, cərimənin məbləği 400 avro (735 manat) olacaq.
Gununsesi.org
COMMENTS