Kafedən pul oğurlayan şəxs saxlanıldı

  • By Mina
  • 23 Aprel 2024 10:14

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info