Ağdərədə xeyli silah-sursat aşkarlandı

  • By Mina
  • 22 Aprel 2024 15:49

Ağdərədə çoxlu odlu silah aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhər ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

Araşdırma aparılır.

Gununsesi.info