Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin ləğvindən sonra işsiz qalan bu qurumun başçısı Kərəm Həsənovdan xəbər var.
Gununsesi.org tanınmış jurnalist Əvəz Zeynallıya istinadən bildirir ki, keçmiş komitə sədri Kərəm Həsənov hazırda Türkiyədəki biznesinin idarəçiliyi ilə məşğuldur: “İşsiz qalandan sonra Antaliyaya gedən və oradakı “Alvadonna” otellər zincirinə əl qoyan Kərəm Həsənov sözün bütün mənalarında terror əsdirir. “Alvadonna”dakı bütün azərbaycanlı işçiləri işdən azad edib, xəstə və kimsəsizlərə qan uddurur, haqqını tələb edən diribaş işçiləri isə “öldürərəm” nidası ilə hədələyir”.
COMMENTS