Rusiyanın 21 mindən artıq hərbçisi öldürülüb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Gununsesi.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 21 200-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Həmçinin Rusiyaya məxsus 838 ədəd tank, 2 162 ədəd zirehli döyüş maşını, 397 ədəd artilleriya sistemi, 136 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 176 ədəd hərbi təyyarəsi, 153 ədəd helikopteri, 1 523 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 172 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Gununsesi.info