
Respublikanın bütün hüdudlarında böyük sevinclə qeyd olunan Zəfər Gününü Kəlbəcər ictimaiyyəti də xüsusi qarşılayıb.
Gununsesi.info-nun xəbərinə görə, bu gün Gəncə şəhərində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonunun deputatı Aqil Məmmədov və digər rəhbər şəxslərin Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid ailələri və qazilərlə görüşü keçirilib.
Görüşdə Kəlbəcər ayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət Vəkili Aqil Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ikinci Qarabağ müharibəsi haqqında geniş nitq söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu 44 gündə tarix yazıb:”Bu tarix müstəqil Azərbaycan dövlətinin və xalqının səhifəsinə qızıl hərflərlə yazıldı”.
Daha sonra çıxışlara söz verilib.
44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Elşənin atası Məmmədov Dağıstan çıxış edərək bildirib ki, şəhidlərimizin ruhuna hər zaman dərin hörmət və ehtiram nümayiş olunur. Biz şəhid ailələri də dövlətimizin daim diqqətindəyik. Bunun üçün dövlət başçısı və rayon rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.
Çıxış üçün söz verilən Kəlbəcər rayon idarə və müəssisələrin əməkdaşları, rayon ağsaqalları, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər.
Günay
Gununsesi.info