İtaliya baş nazirinin müavini NATO baş katibini təhlükəli hesab edir

İtaliyanın baş nazirinin müavini Matteo Salvini NATO-nun baş katibi Yens Stoltenberqi Ukraynanın Rusiya ərazisini Qərb silahları ilə vurmasına icazə verilməsinin zəruriliyi ilə bağlı bəyanatından sonra təhlükəli adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Yens Stoltenberqi təhlükəli adalndıran Salvini Üçüncü Dünya Müharibəsi və Qərb ölkələrinin silahları ilə Rusiyanın daxilində zərbə endirmək ehtimalı barədə danışmağı ehtiyatsızlıq adlandırıb.

Salvini qeyd edib ki, kim bacarırsa onu ​​dayandırsın.

“The Economist”ə müsahibəsində isə Stoltenberq bildirib ki, Ukraynanın müttəfiqlərinin ölkəyə tədarük edilən silahların istifadəsinə qoyduğu bəzi məhdudiyyətləri aradan qaldırmaq  barədə düşünmək vaxtıdır.

Qeyd edək ki, ayın 27-də NATO Parlament Assambleyasının sessiyasında alyansın baş katibi bəyan edib ki, Ukraynanın müttəfiqləri tərəfindən ötürülən silahlar artıq Qərb silahları deyil, ona görə də Ukrayna qoşunlarının Rusiya ərazisindəki hərbi obyektlərə onları vurmaq hüququ var.

 

 

Gununsesi.info