
Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktına səs verən istiqlalçı deputat Hicran Kərimli vəfat edib.
Bu barədə Gununsesi.info -ya onun yaxınları bildirib.
Qeyd edək ki, Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir.
O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Qeyd edək ki, Hicran Kərimli Rusiyada yaşayırdı, onun ölümünə səbəb isə koronavirusa yoluxması olub.
Günay
Gununsesi.info