İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı bu müdətədək davam edəcək – XİN rəhbəri açıqladı

İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı HƏMAS-ın məhv edilməsi və anklavda saxlanılan girovların qaytarılması üçün lazım olan müddətdə davam edəcək.

Gununsesi.info xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Koen 103FM radiostansiyasına müsahibəsində deyib.

Nazir qeyd edib ki, İsrail hərbçilərinin Qəzza zolağındakı “Şifa” xəstəxanası ərazisindəki hərəkətlərinin məqsədi “Həmas terror tunellərinin məhv edilməsi və girovların axtarışıdır”.

Koen çərşənbə axşamı Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru ilə görüşlər keçirdiyini deyib. “Mən Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinə iki gün əvvəl İDF nümayəndəsinin danışdığı bütün məlumatları açıqladım. Mən göstərdim ki, onların Qəzzaya köçürdükləri pullar son nəticədə xəstələrə yardıma getmir, HƏMAS-a sərf olunur” , – İsrail XİN rəhbəri qeyd edib.

Gununsesi.info