İranda zəlzələ oldu – Azərbaycanda da hiss edildi

Bu gün Azərbaycanla İran sərhəddində zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 09:18-də İran ərazisində olub.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.

***

Zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

 

Gununsesi.info