İsrail Radiosu: Beyrutda Həmas liderlərindən biri öldürüldü

İsrailin pilotsuz uçuş aparatının (PUA) Həmas-ın Beyrutdakı ofisinə hücumu nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, Livan rəsmi NNA-nın məlumatına görə, İsrail Beyrutun Hizbullahın qalası kimi tanınan Məşrəfiyə Dahiya məhəlləsində HƏMAS-ın ofisinə hücum edib.

İlk məlumatlara görə, hücum nəticəsində 3 nəfər ölüb, çoxlu sayda yaralı var.

Bu arada İsrail ordusu radiosu HƏMAS liderlərindən biri Saleh Arurinin İsrailin pilotsuz təyyarəsinin Livanın paytaxtına endirdiyi zərbə nəticəsində öldürüldüyünü bildirib.

Gununsesi.info