İsrail qırıcıları HƏMAS komandirlərinin evlərini bombaladı

  • By admin
  • 17 May 2021 22:35

İsrail qırıcıları Qəzza sektorunda HƏMAS komandirlərinin “terror infrastrukturu” kimi istifadə etdikləri 5 evə zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatında deyilir:

“Son bir neçə saat ərzində İsrail Müdafiə Ordusunun qırıcıları və təyyarələri Qəzza zolağında HƏMAS-ın beş qərargahına hücum etdi. Hücum edilən evlər terrorçuların infrastrukturu kimi fəaliyyət göstərirdi”.

Gununsesi.info