
Koronavirusun ilk dəfə Hindistanda aşkar olunmuş B1617 ştammı artıq Malayziyada da tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Malayziya səhiyyə naziri Adham Baba videokonfrans zamanı məlumat verib.
Virus paytaxt Kuala-Lumpur hava limanında testdən keçən Hindistan vətəndaşında tapılıb.
Qeyd edək ki, Hindistanda epidemioloji vəziyyətin kəskin pisləşməsi fonunda iki ölkə arasındakı hava əlaqəsi artıq dayandırılıb.
Gununsesi.info