
ABŞ prezidenti Co Bayden rəhbərliyi Yaxın Şərqdə artan qarşıdurma fonunda ABŞ- ın İsrailə 735 milyon dollar dəyərində silah satışını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ Konqresinə 5 mayda, yəni İsrail-Fələstin mübahisəsi başlamazdan təxminən bir həftə əvvəl yaxınlaşan razılaşma barədə rəsmi qərar verib. İsrailə satılacaq silahların yüksək dəqiqliyə malik olacağı bildirilir.