İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib

İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib

İsrail hərbçiləri HƏMAS-ın yəhudi dövləti istiqamətində partlayıcı maddə ilə dolu hava şarlarının işə salınmasına cavab olaraq radikal hərəkatın Qəzzadakı obyektlərinə zərbələr endirib.

Gununsesi.org-un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti “Twitter”də bildirib.

“Biz Qəzzadan İsrailə tərəf partlayıcı maddəli hava şarlarının buraxılmasından sonra HƏMAS-ın hədəflərinə zərbələr endirdik”, – hərbçilər tərəfindən yayılmış bəyanatda deyilir.

 

Gununsesi.org

COMMENTS