Qəzzada gərgin vəziyyət: 67 ölü, 388 yaralı

  • By admin
  • 13 May 2021 11:55

Qəzza zolağında aviazərbələr nəticəsində ölənlərin sayı 67-ə çatıb.

 Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Aviazərbələr zamanı yaralananların sayı isə 388 olub.

Xatırladaq ki, mayın 10-dan etibarən regionda vəziyyət gərginləşib. İsrail ordusu və HƏMAS qruplaşması bir-birinə qarşılıqlı raket zərbələri endirir.

Gununsesi.info