
İspaniya Ukraynaya 10 ədəd “Leopard 2A4” tankı və 20 ədəd M113 zirehli transportyoru təhvil verməyə hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə İspaniyanın “İnfodefensa” hərbi portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri qeyd edib ki, Madridin təhvil imkanını nəzərdən keçirdiyi avadanlıqlar hazırda istifadə olunmur.
Tanklar və zirehli transportyorlar Ukraynanın mülkiyyətinə çevrildikdən sonra Ukrayna hökuməti onların İspaniyada modernləşdirilməsini maliyyələşdirməli olacaq. Bunun üçün Ukrayna İspaniya şirkətləri ilə müqavilə imzalamalıdır.
Gununsesi.info