“İran Azərbaycanla kosmik sənaye sahəsində əməkdaşlıqda maraqlıdır”.
Gununsesi.org APA-ya istinadən məlumat verir ki, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi “Bakutel 2019” sərgisi çərçivəsində “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə görüşü zamanı bildirib.
Nazir qeyd edib ki, gələcəkdə iqtisadiyyatın böyük hissəsi kosmik sektorla bağlıdır: “Bu bazarda mövqeyimizin istehlakçı və ya istehsalçı olacağımızı təyin etməliyik”.
Bundan əlavə, iranlı nazir bildirib ki, İran Kosmik Agentliyi Azərbaycan Milli Aerokosmik Agentliyi ilə qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratmağa hazırdır.
COMMENTS