BƏƏ kosmik araşdırmalar üçün kosmonavtlar axtarır – İş üçün qadınlar da ərizə verə bilərlər

BƏƏ kosmik araşdırmalar üçün kosmonavtlar axtarır – İş üçün qadınlar da ərizə verə bilərlər

BƏƏ-nin Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid kosmosda yeni tapşırığın yerinə yetirilməsi üçün daha bir kosmonavt seçiminin başlandığını elan edib.

Gununsesi.org–un məlumatına görə bu barədə o özünün “Twitter” səhifəsində yazıb.

Kosmosda BƏƏ üçün digər bir tapşırığı yerinə yetirmək üçün yeni kosmonavt axtarırıq, istəyi və enerjisi olanlar Məhəmməd bin Rəşidin kosmik mərkəzində yazıla bilərlər. Missiyamız davam edir və biz kosmosun mənimsənilməsi işində yolun başlanğıcındayıq”, – deyə Dubayın hökmdarı yazıb.

Onun sözlərinə əsasən, kosmonavtlar cərgəsinə yazılmaq üçün həm kişilər, həm də qadınlar ərizə verə bilərlər.

Gununsesi.org

 

COMMENTS