
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərə yola düşüb.
Gununsesi.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, Abdullahian Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
Beləki, Abdullahian Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev, həmkarı Ceyhun Bayramov, Baş nazirin müavini Şahin Mustafayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.
Qeyd edək ki, İranın XİN rəhbərinin Azərbaycana səfər edəcəyini XİN-in rəsmi sözçüsü Səid Xətibzadə açıqlamışdı.
Gununsesi.info