15 min manatlıq oğurluq edən şəxs saxlanıldı

  • By Mina
  • 05 Aprel 2024 10:04

Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Gununsesi.info