
İran İsveçdə “Quran”ın yandırılması ilə bağlı bu ölkənin Tehrandakı diplomatik məsləhətgüzarını Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, görüşdə İsveçin məsləhətgüzarına “Quran”ın yandırılması olayı qınanılıb.
” “İfadə azadlığı adı altında gerçəkləşdirilən bu əməl içində nifrət və şiddət daşımaqdadır. İsveç hakimiyyətinin bənzər hücumlar qarşısındakı səssizliyi isə təkrarlanan bu əməllərə cəsarət verir. İran və İslam ölkələri dini dəyərlərə yönəlik hücumlara daha çox dözüm göstərməyəcək. İsveç vaxtında dini dəyərlərə aid bu cür hücumların qarşısını alsaydı, bu gün “Quran”a yönəlik bu hücum olmayacaqdı”.
Xatırladaq ki, İsveçdəki “Quran”ın yandırılması olayına Türkiyə, Ərəb Parlamenti, Rusiya və müsəlman ölkələrindən sərt qınamalar açıqlanıb.
Tərcümə: Arzu