İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma zamanı 3 nəfər öldü

İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma zamanı 3 nəfər öldü

İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə  sərhədçilər arasında atışma qeydə alınıb.
Gununsesi.org-un məlumatına görə, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub.
Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.
Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.
Gununsesi.org

COMMENTS