Beyləqanda iki minik avtomobili toqquşdu – Ölən var

Beyləqanda iki minik avtomobili toqquşdu – Ölən var

Beyləqan rayonununda iki minik avtomobili toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.org

COMMENTS