
ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronla səhv salaraq, 28 il əvvəl dünyasını dəyişən keçmiş prezident Fransua Mitteranla görüşdüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, bayden Las-Veqasdakı seçki kampaniyası çıxışında G7 toplantısında iştirakına toxunub. Makronla xatirəsindən danışarkən səhvə yol verən Bayden 1996-cı ildə dünyasını dəyişən Mitterandla Makronu səhv salıb.
“Almaniyadan, üzr istəyirəm Fransadan olan Mitteran mənə baxıb soruşdu: “Nə zamana qədər buradasan?”, – Bayden deyib.
Ağ Ev də Baydenin çaşqılığı, boşluqla əl sıxması və yıxılması ilə gündəmə gələn kobud səhvini “Makron” olaraq düzəldərək dərc edib.
Gununsesi.info