İranda həbslər başladı – Təyyarə qəzası ilə bağlı

İranda həbslər başladı – Təyyarə qəzası ilə bağlı

İranda Ukrayna təyyarəsinin qəzaya düşməsi ilə əlaqəli ilk şəxslər həbs edilib.

Gununsesi.org-un  xəbərinə görə, bu barədə “Röyters” İran məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn Esmailə istinadən məlumat yayıb.

Həbs olunan İran hərbçilərinin sayı, eləcə də hadisə ilə bağlı digər təfərrüatlar verilmir.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Gununsesi.org

COMMENTS