İranda koronavirusa yoluxanların sayı artıb.
Gununsesi.org IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 023 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 137 724-ə çatdığını açıqlayıb.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 34 nəfər artaraq 7 451 nəfərə yüksəlib.
O həmçinin 2 585 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 107 713 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Gununsesi.org
COMMENTS