
İranda son sutka ərzində koronavirus infeksiyasından daha 247 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
Onun sözlərinə görə, bununla ölkədə pandemiya qurbanlarının sayı 52 196-ya çatıb.
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, İranda ötən 24 saat ərzində 7 451 nəfər koronavirusa yoluxub. Virusa yoluxanların ümumi sayı 1 108 269 nəfərdir.
Hazırda 5723 nəfərin vəziyyəti ağırdır. İndiyədək 812 270 pasiyent sağalıb.
Gununsesi.info