
Şəhid general-mayor Polad Həşimovun ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib.
Gununsesi.info-nun məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, cənab Prezidentin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən 3 nəfər – general – mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və İbad Hüseynova Prezidentin fərdi təqaüdü təyin olunub:
“Onlardan iki nəfərə – Polad Həşimov və İlqar Mirzəyevə ölümündən sonra bu ad verilib. Həmin şəxslərə və hazırda sağ olan İbad Hüseynova təqaüd təyin olunub”.
Gununsesi.info