
Bakıda restoranların birində yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, Səbail rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan 15 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info