
İsrail Latviya, Litva və Estoniyaya satdığı silahların Ukraynaya tədarükünü qadağan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Breaking Defence” portalı mənbələrə istinadən yazıb.
“İsrailin xəbərdarlığı Ukraynanın “Spike” tank əleyhinə sistemləri almağa cəhd edə bilməsi ilə əsaslandırılır”, – müəllif Ariel Eqozi qeyd edib.
Müxtəlif variantlarda bu kompleks bütün Baltikyanı respublikalarda mövcuddur. İsrail silahlarının ən müxtəlif arsenalına malik Latviyada qeyd edilən tank əleyhinə sistemlərin LR, LR2, ER və SR variantları var.
Məlumata görə, Təl-Əviv dekabr ayında tələbini irəli sürüb. Bu, öz növbəsində, Moskva ilə münasibətləri korlamamaq üçün edilib.
Gununsesi.info