İrəvandakı çempionatda iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb - VİDEO

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yarışmaqdan imtina edən Azərbaycan millisi vətənə qayıdıb.

Gununsesi.info xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri – nazir Fərid Qayıbovun müavini Mariana Vasilyevna, İdman şöbəsinin müdiri Elnur Məmmədov, idmançıların yaxınları, jurnalistlər və idmansevərlər qarşılayıblar. Azarkeşlər bu zaman müxtəlif şüarlar səsləndiriblər.

HTML tutorial

Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi – Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.

Gununsesi.info