Azərbaycan elektrik enerjisi ixracından gəlirləri dörd dəfə artdı

2023-cü ilin yanvar-mart aylarında “Azərenerji” ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Gununsesi.info xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.

HTML tutorial

Bu 2022-ci illə müqayisədə ixrac həcmi üzrə 4,1 dəfə və dəyər üzrə 8,5 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63%, qeyri-neft sektoru üzrə ixracında isə 30,81% paya malik olub.

Gununsesi.info