
Dünyanın ən böyük strateji atom sualtı qayığı “Dmitri Donskoy” Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən istismardan çıxarılıb və utilizasiya olunacaq.
Gununsesi.info xəbər verir ki, bunu RİA Novosti-yə hərbi-sənaye kompleksindəki mənbə bildirib.
“Dmitri Donskoy” sualtı qayığı donanmanın döyüş tərkibindən çıxarılıb və utilizasiya olunacaq”, – agentliyin həmsöhbəti bildirib.
O xatırladıb ki, Dmitri Donskoy adı artıq ötən il “Sevmaş”da təməli qoyulmuş başqa bir strateji atom sualtı qayığına verilib.
“Dmitri Donskoy” atom sualtı qayığı donanmanın döyüş tərkibinə 1980-ci ildə daxil olub və 941 layihəsinin əsas qayığı olub. Ümumilikdə, o zaman bu layihənin altı sualtı qayığı tikilib. 2002-ci ildə sualtı qayıq təkmilləşdirilib və silahlanmaya daxil edilməzdən əvvəl bu raketi sınaqdan keçirmək üçün “Bulava” ilə yenidən təchiz edilib. Bu günə qədər yerdəyişmə qabiliyyətinə görə dünyanın ən böyük sualtı qayığıdır – 48 min ton.
Gununsesi.info