
Xocalı Rayon Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb
Gununsesi.info-nun “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə göndərilib.
Onun yerinə rayon DYP bölməsinin inspektoru, polis kapitanı Nemət Məmmədov təyin edilib.
Gununsesi.info