İQTİSADÇI: Vardanyan bu alqı-satqıdan 148 milyon qazandı

” “Amerikabank”ın satış müqaviləsi də bu səfərlərdən sonra imzalanıb. Ermənistanın ən böyük bankı olan “Ameriabank”ın satıldığı rəsmən təsdiqləndi. Bank səhmlərinin 90%-i “Bank of Georgia Group”un nəzarətinə keçib. Səhmlərin 10%-i isə Avropa Yenidənqurma və İnkişaf Bankının nəzarətində olacaq”.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadçı Allahverdi Aydın yazıb.

Onun sözlərinə görə, yeni səhmdarlar bankı almaq üçün 303,6 milyon dollar ödəyiblər:

“Bu vəsaitin 148,2 milyon dolları Bakıda DTX-nın təcridxanasında oturan Ruben Vardanyana çatacaq. Çünki, “Ameriabank”ın səhmlərinin 48,8%-i ona məxsus olub.

Ermənistan mediası yazır ki, Azərbaycanda həbsdə olan bir şəxsə məxsus bankın xarici sərməyadarlara satılması ölkənin milli təhlükəsizliyi üçün təhdiddir. Ermənistanda qorxurlar ki, Azərbaycan Ruben Vardanyana “Ameriabank”ı “Bank of Georgia Group”a satması üçün hansısa formada təzyiq edə bilər və daha sonra bankın yeni səhmdarları ilə gizli əməkdaşlıq ola bilər”.

Ekspert bildirir ki, Bakıda həbsxanda olan Ruben Vardanyanın alqı-satqı əməliyyatlarında hansı formada iştirak etməsidir:

“Ehtimal etmək olar ki, alqı-satqı Vardanyanın öz vəkillərinə verdiyi etibarnamə əsasında baş tutub. Amma, Azərbaycanın buna necə və hansı şərtlərlə razılıq verdiyi də məlum deyil. Başqa bir diqqət çəkən məqam odur ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana, 25-də isə Ermənistan səfər edib. Alqı-satqı müqaviləsi də bu səfərlərdən sonra imzalanıb. A.Aydının sözlərinə görə, “Ameriabank”ın bu ilin ilk rübündəki xalis mənfəəti 33 milyon dollar olub. “Bu “Kapital Bank” istisna olmaqla Azərbaycandakı bütün özəl bankların mənfəətindən çox olub. 3 milyon əhalisi olan Ermənistan ilə 10 milyon əhalisi olan Azərbaycanın bank sektorlarının müqayisəsi üçün maraqlı göstəricidir…” – deyə iqtisadçı bildirib.

 

 

 

Elmar

Gununsesi.info